SOCAR İsveçrədəki ofisini bağladı

SOCAR İsveçrədəki ofisini bağladı

Şirkət İsveçrədə üç müxtəlif struktur tərəfindən təmsil edilirdi.

Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçrənin rusdilli “Nasha Gazeta” nəşrinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı deyib.

Onun sözlərinə görə, SOCAR müxtəlif ölkələrdə nümayəndəlik siyasətini yenidən nəzərdən keçirməli olub.

“Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, “SOCAR Trading” və “SOCAR Energy Switzerland”. Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı”, - səfir bildirib. 

Zeynallı qeyd edib ki, SOCAR-ın 160 yanacaqdoldurma məntəqəsinə SOCAR nümayəndəliyi deyil, məhz “SOCAR Energy Switzerland” idarə edir.

“SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb. Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şirkətə çevrilib və müştərilər ondan razıdır”.

0
13