Bakı Şahmat Olimpiadasının maskotu təqdim olundu – ŞAH OĞLAN

Bakı Şahmat Olimpiadasının maskotu təqdim olundu – ŞAH OĞLAN

“Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür”.

Bakı Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictmaiyyətə və mediaya təqdim olunub.

Oxu.Az xəbər verir ki, 600-dən çox müxtəlif rəsmlərin təqdim olunduğu Milli Yaradıcılıq Müsabiqəsində Musa Cəngiyevin müəllifi olduğu maskot qalib gəlib.

Müəllif M. Cəngiyevin sözlərinə görə, onun təqdim etdiyi gənc şahmatçı obrazıdır:

“Eynək geyinib. Qara saçları və qaşları bizə məxsus olan cizgilərdir. Həmin gəncin geyimini milli və modern üslübunda həll etdim. Şah şahmatda da vacib fiqurlardandır. Bizim tariximizdə də şahlar olub. Ona görə gənci şahlara məxsus xalata geyindirdim.

Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür. Bu oğlanın köynəyi, şalvarı və ayaqqabısı müasir tərzdə həll edildi. Rəsmi hazırlayarkən bir qədər enerjili və düşünməyi sevən obraz yaratmağa çalışırdım. Çox şadam ki, mənim rəsmim Bakı Şahmat Olimpiadasının rəsmi maskotu elan edilir”.

42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu “ŞAH OĞLAN” (CHESS MATE) adlandırılıb.

0
17