İrəvan: Azərbaycan 500 kvadratmetrə yaxın ərazini nəzarət altına alıb

İrəvan: Azərbaycan 500 kvadratmetrə yaxın ərazini nəzarət altına alıb

Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edib.

Azərbaycan aprelin 2-də hücumdan sonra Dağlıq Qarabağda 500 kvadratmetrə yaxın ərazini nəzarət altına alıb.

Oxu.Az xəbər verir ki, RİA Novosti-yə bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bəyan edib.

"Azərbaycan 200 kvadratmetr cənubda əraziyə nəzarət edir, orada 50 metrə yaxın hündürlük var, amma onun strateji əhəmiyyəti yoxdur, çünki yaxınlıqda yaşayış məntəqəsi yoxdur. Daha 300 kvadratmetr ərazini isə Azərbaycan ordusu Qarabağın şimalında nəzarət altına alıb", - mətbuat katibi bildirib.

"Beləliklə də onlar 500 kvadratmetr ərazini nəzarət altına alıblar", - Ovanisyan vurğulayıb.

Mənbə:
0
15