Messi və Rihanna futbol oynayacaq

Messi və Rihanna futbol oynayacaq Türkiyənin "Antalyaspor" futbol klubunun rəhbəri Gültəkin Gəncər mətbuat konfransında bildirib ki, 16 iyulda dünya ulduzları Antaliyaya gələcək.     Musavat.com-un məlumatına görə, O, çıxışı zamanı deyib: "Dünya futbol ulduzu ilə dünya pop ulduzu ilk dəfə "Antaliya Arena"da olacaq. Belə bir tədbirin Antaliyada keçirilməsi böyük bir qürurdur. Problem çıxmazsa Rihanna ilə Messi  birlikdə futbol oynayacaq".      Tədbirdən "Antalyaspor"un milyonlarla qazanc əldə edəcəyi gözlənilir.       Qeyd edək ki, Samuel Eto'o vəqfinin 10-cu ildönümü münasibəti ilə Türkiyənin Antaliya şəhərində böyük tədbir təşkil olunacaq.
0
18