Aİ Yunanıstana daha 10,3 milyard avro ayırır

Aİ Yunanıstana daha 10,3 milyard avro ayırır

Avrozona ölkələrinin maliyyə nazirləri Şurasının (Avroqrup) mayın 25-nə keçən gecə başa çatan iclasında  Yunanıstan üçün növbəti kredit tranşının  10,3 milyard avro həcmində olacağı təsdiqlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Avroqrupun rəhbəri Yerun Deyselblum bildirib. Onun sözlərinə görə, qeyd olunan maliyyə paketi Yunanıstana hissə-hissə veriləcək.

“Bütün şərtlərin yerinə yetiriləcəyi təqdirdə ESM Yunanıstana maliyyə yardımı proqramından  ikinci tranşın ayrılmasına razılıq verə bilər.  Biz hissə-hissə ayrılacaq tranşın məbləği də müəyyən etdik - 10,3 milyard avro”, - deyə Deyselblum iclasdan sonra keçirilmiş mətbuat konfransında bildirib.

0
19