“Lələ təpə”dən son görüntülər - VİDEO

“Lələ təpə”dən son görüntülər - VİDEO

aşayış məntəqələrində həyat öz axarına düşüb.

Xəbər verdiyimiz kimi, erməni təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Füzuli rayonunun Çocuqmərcanlı kəndi ərazisində yerləşən bu zirvədən işğal altında olan digər rayon, kənd və yaşayış məntəqələrimizə gedən yolu nəzarətdə saxlamağa imkan verir.

Münaqişə tərəfləri arasında qəbul edilən atəşkəsdən sonra cəbhə boyu bütün istiqamətlərdə yerləşən yaşayış məntəqələrində həyat öz axarına düşüb.

TTV-nin əməkdaşları azad olunan "Lələ təpə"dən ən son vəziyyətlə bağlı çəkdiləri videonu təqdim edirik.

Mənbə:
0
23