Ərdoğan: “Aİ vədinə əməl etməzsə sövdələşmədən çıxacağıq”

Ərdoğan: “Aİ vədinə əməl etməzsə  sövdələşmədən çıxacağıq”

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) ölkə vətəndaşlarına vizasız rejim tətbiq etməyəcəyi təqdirdə Türkiyənin miqrasiya sazişindən imtina edəcəyini bildirib.  APA-nın xəbərinə görə, Türkiyə prezidenti bunu İstanbulda keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin, Aİ-ni vizasız rejim tətbiqi üçün Türkiyədən əsassız şəkildə şərtlərin icrasını tələb etməsinə görə qınayıb.

“Bizdən meyarları icrasını tələb edirlər. Latın Amerikasına vizasız girişə icazə verildi – məgər ondan da meyarların icra olunması tələb olunub? Xeyr. Biz Aİ ilə Gömrük İttifaqı da dazil olmaqla, bir  çox sahələrdə əməkdaşlıq etdiyimiz halda, nəyə görə bunu yalnız bizdən tələb edirlər? Biz hansısa məqamadək səbir edəcəyik”, - deyə Ərdoğan qeyd edib.   

Türkiyə prezidenti miqrasiya sazişinə görə Aİ-nin Ankaraya ayırmalı olduğu vəsaitin indiyədək Türkiyəyə köçürülməməsindən də gileylənib.  

“Türkiyədə üç milyon qaçqın var, biz onları qəbul edirik və onlar üçün şəraitin yaradılması üçün

 əlindən gələni əsirgəmir, biz bu məqsədlər üçün öz vəsaitlərimizi xərcləyirik. Biz 2016-2017-ci illərdə köçürüləcək altı milyard avroya dair razılığa gəldik. Təəssüflər olsun ki, indiyədək bu dəstək gerçəkləşməyib. Əgər biz Aİ-nin vəd etdiyi vəsaitləri almayacağıqsa, onlarsız da keçinə biləcəyik. Amma mənim məlumatıma görə, iyulun 1-dək artıq 1 milyard dollar köçürüləcək”, - deyə Ərdoğan qeyd edib.   

 

Avropa Parlamentinin rəsmi nümayəndəsi Martin Şults bundan əvvəl bəyan edib, ki Ankara Aİ-nin bütün tələblərini yerinə yetirəcəyi təqdirdə Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq ediləcək.

Aİ Türkiyədən 72 tələbin icra olunmasını tələb edir  

0
29