UEFA-dan “Fənərbaxça”ya ağır zərbə

UEFA-dan “Fənərbaxça”ya ağır zərbə

UEFA “Fənərbaxça”nın iki futbolçusunu ağır cəzalandırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Etika və İntizam Komitəsi Avropa Liqasının 2015/16 mövsümünün 1/8 final mərhələsinin "Braqa" - "Fənərbaxça" oyununda qırmızı vərəqə almış Volkan Şən və Alper Potuku ağır cəzaya məruz qoyub.

Həmin oyunda hakimə hücum etdiyi üçün meydandan qovulan Volkan Şən 2016-cı il dekabrın 31-dək UEFA-nın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılıb.

Həmin oyunda qırımızı vərəqə görən digər futbolçu Alper Potuk 3, baş məşqçi Vitor Pereyra isə 1 oyunluq futboldan uzaqlaşdırılıb.

Bundan əlavə, UEFA "Fənərbaxça”nı 15 min avro məbləğində cəzalandırıb.

0
31