Bağ evlərinin kirayə qiymətləri - VİDEO

Bağ evlərinin kirayə qiymətləri - VİDEO

Qiymətlər ərazilərə görə dəyişir.

İstirahət mövsümü yaxınlaşdıqca kirayə bağ evlərinə də tələbat artır. Vətəndaşları daha çox maraqlandıran bağ evlərinin kirayə qiymətləridir. Rieltorlar deyir ki, dənizə yaxın evlərin qiyməti bahadır. Qiymətlər isə 300-5000 min manat arasında dəyişir.

Yay tətilinin başlaması ilə birlikdə bağ evlərinə təlabat da artıracaq. Bu isə, təbii olaraq qiymətlərə təsir göstərəcək. Bağda istirahət etmək istəyənlər bu cür evləri satın almaqdansa, kirayə götürməyə daha çox üstünlük verirlər. Qiymətlər isə ərazilərə görə dəyişir. Rieltorların sözlərinə görə, vətəndaşlar daha çox dənizə yaxın ərazilərdə olan bağ evlərinə üstünlük verirlər....

Rieltorlar əvvəlki illərlə müqayisədə bağ evi kirayə verənlərin çoxaldığını, ancaq belə evlərə təlabətın azaldığını deyirlər. Qiymətlər təkcə evin şəraitindən asılı deyil. Evin otaqlarının sayı, həyətdə hovuzun olması, eləcədə bağda meyvə ağaclarının çoxluğu da qiymətlərə təssir edir.

Novxanı bağ istirahəti üçün daha populyar yer sayılsa da, eyni şəraitli bağ evlərini başqa ərazilərdə daha aşağı qiymətlə kirayə götürmək mümkündür.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı növbəti aylarda paytaxtın mərkəzi hissələrində yerləşən bağ evlərinin kirayə qiymətlərinin artacağını bildirir.

Oxu.Az “Xəzər Xəbər”ə mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
37