“Boeing 777”-nin vurulmasına görə Rusiyaya qarşı iddia Avropa Məhkəməsindədir

“Boeing 777”-nin vurulmasına görə Rusiyaya qarşı iddia Avropa Məhkəməsindədir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada  2014-cü ilin iyulunda  sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib.  APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə AİHM-nin mətbuat xidmətindən bildirilib.

“Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, - deyə mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.

Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də  “Malaysia Airlines” aviaşirkətinin  Amsterdam - Kuala-Lumpur marşrutu üzrə  uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində  298 nəfər həlak olmuşdu.

0
27