Ucarda gənc oğlanı ildırım vurub öldürüb

Ucarda gənc oğlanı ildırım vurub öldürüb

Hadisə Bağman kəndində baş verib.

Ucar rayonunun Bağman kəndində bədbəxt hadisə baş verib.

Oxu.Az Report-a istinadən bildirir ki, 28 yaşlı yerli sakin Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub. 

Hadisə zamanı yaxınlıqda olan kənd sakinləri zərərçəkəni Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsiz qalıb.

Faktla bağlı araşdırma aparılır.

0
20