Dağıstanda polisi atəşə tutdular

Dağıstanda polisi atəşə tutdular

Dağıstanın Şamil rayonu ərazisində silahlılar polis əməkdaşlarını atəşə tutublar. APA-nın xəbərinə görə, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Dağıstanın Şamil rayonunda silahlılar retranslyasiya qülləsinə atəş açıblar. Silahlılar hadisə yerinə gələn polis əməkdaşlarını da atəşə tutublar”, - deyə mənbə bildirib.

Hazırda hücum edən şəxslərin axtarışları davam etdirilir. Retranslyasiya qülləsində partlayıcı qurğunun olub-olmaması yoxlanılır.

0
20