Türkiyə ordusu daha 5 şəhid verdi

Türkiyə ordusu daha 5 şəhid verdi

Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb. APA-nn  “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, yol kənarına quraşdırılan  kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.

İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.

0
20