Füzulidə 4 ədəd minaatan mərmisi aşkar edilib - FOTO

Füzulidə 4 ədəd minaatan mərmisi aşkar edilib - FOTO

ANAMA məlumat yaydı.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağcabədi və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, mayın 24-də 3 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 17 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış 82 mm-lik minaatan mərmisi aşkar olunaraq götürülüb və gün ərzində 41 630 kv.m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 13 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Hacılar kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarilə 20 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış 82 mm-lik minaatan mərmisi aşkar olunaraq götürülüb, nəticə etibarilə 630 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 24 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 518 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 457 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
23