Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

“Azəriqaz” xəbərdarlıq etdi.

Mayın 25-də Bakının Sabunçu və Xəzər rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar 25 may 2016-cı il tarixdə  saat  09.00-dan  işlər yekunlaşanadək  Sabunçu  və  Xəzər rayonunun  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.  

0
19