Mərkəzi Bank: ABŞ-ın qərarı manatın məzənnəsinə güclü təsir etməyəcək

Mərkəzi Bank: ABŞ-ın qərarı manatın məzənnəsinə güclü təsir etməyəcək

“Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”.

ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. 

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

E.Rüstəmob bildirib: 

“Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”.

0
19