Türkiyə otellərində qiymətlər ucuzlaşıb

Türkiyə otellərində qiymətlər ucuzlaşıb

Mehmanxana sahiblər doluluq səviyyəsinin aşağı düşməsindən şikayət edirlər.

Türkiyə otellərində doluluq nisbəti və yaşayış qiymətləri azalmaqda davam edir. Aprel ayında İstanbul mehmanxanalarının doluluq səviyyəsi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, arrel ayında İStanbul otellərində orta doluluq səviyyəsi 50 faizdən bir az çox təşkil edib. Bu məlumatları Türkiyə Otelyerlər Assosiasiyası (TUROB) verib.

Orta hesabla ölkədə (ötən il ilə müqayisədə) qonaqların sayı 22 faiz azalıb. 

Yerli mehmanxanalarda ötən il ilə müqatisədə qiymətlər də xeyli ucuzlaşıb - 14 faiz. 

Antalyada orta nömrə 58 avroya qədər ucuzlaşıb, 2015-ci ilin aprelində bu rəqəm 68 avro idi.

İstanbulda isə tariflər 130 avrodan 115 avroya qədər düşüb. 

0
15