Elman Rüstəmov: Azərbaycan xüsusi maliyyə sabitliyi proqramı hazırlayacaq

Elman Rüstəmov: Azərbaycan xüsusi maliyyə sabitliyi proqramı hazırlayacaq

“Ciddi iş aparılır”.

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: 

"Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".

0
16