Rusiya 4 helikopter, 20-ə qədər hərbi yük maşını itirib - "Strastfor"

Rusiya 4 helikopter, 20-ə qədər hərbi yük maşını itirib - "Strastfor"

Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.

Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib.

Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.

Bundan əlavə bildirilir ki, Suriyada İŞİD terror təşkilatının hücumu nəticəsində Rusiyanın 4 helikopter və 20-ə qədər hərbi yük maşını itirdiyi məlum olub. Bununla bağlı peyk görüntülərini “Stratfor” yayıb. 

Görüntülər 14 may və 17 may tarixlərində Suriyanın Palmira və Hums şəhərləri arasında T4 hərbi hava bazasında çəkilib.

İŞİD-in hücumundan sonra çəkilən görüntülərlə bağlı rəsmi Moskva hələ açıqlama verməyib.

Rusiyada müxalif bir sayt isə Suriyadakı qaynaqlarına istinadən raket zərbəsi endirilən yanacaqdoldurma maşınının partlaması nəticəsində hərbi hava bazasının xarabaya çevrildiyini yazıb.

“Stratfor”un paylaşdığı peyk fotoşəkillərində Suriya təyyarəsinin vurulduğu da əksini tapıb.

0
26