İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng etdi

İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng etdi

Prezident Binəli Yıldırıma dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma telefonla zəng edib.

Oxu.Az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
19