Bred Pitt fanatlarının izdihamından qızcığazı xilas etdi – VİDEO

Bred Pitt fanatlarının izdihamından qızcığazı xilas etdi – VİDEO

Hadisə film çəkilişləri zamanı baş verib.

Kanar adalarında aktyor Bred Pittin “Allied” adlı yeni filmin küçə səhnəsinin çəkilişləri zamanı, ispan fanatları çəkiliş meydançasının ətrafında izdiham yaradıblar.

Oxu.Az xəbər verir ki, bu barədə “The Evening Standard” məlumat yayıb.

52 yaşlı Hollivud ulduzu həmin anda dəmirlərə sıxılmış balaca qızcığazı fanatlarının əhatəsindən xilas edib. Daha sonra mühafizəçilər və həkimlər qızcığazın səhhəti ilə maraqlanıblar.

Aktyor, balaca pərəstişkarının anasının yanında olmasına əmin olduqdan sonra çəkiliş meydançasına geri dönüb.

0
14