Səidə Sultan həvəsdən düşüb: "Bəzi telekanallar məni..."

Səidə Sultan həvəsdən düşüb: "Bəzi telekanallar məni..."

Azərbaycanlı müğənni Səidə Sultan yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni mahnılar üzərində çalışsa da, onları təqdim etməyə tələsmir: “Mən hər ay bir mahnı çıxaran müğənnilərdən deyiləm. İl ərzində 2-3 mahnı çıxardıram, onlar da sevilir. Amma açığı sənətim üzərində işləməyə əvvəlki həvəsim qalmayıb. Çünki Azərbaycanda bir çox televiziyalar mənə qadağa qoyub. Hələ susuram. Amma bu, nə zamana qədər davam edəcək? Müğənnin işi mahnı oxuyub, klip çəkdirməkdir. Amma bunu televiziya işıqlandırmayacaqsa, niyə edim? Konkret hansı kanalların qara siyahısında olduğumu çox insanlar bilir. Hər dəfə telekanalların adlarını açıqlayası deyiləm”.

S.Sultan daha sonra fotoqraf Pərviz SALIYEVin foto-kameraları önünə keçərək, fotosessiya da etdirib.

0
13