Xalq artisti Fuad Poladovun doğum günüdür

Xalq artisti Fuad Poladovun doğum günüdür

“Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).

Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.

20 mart 1987-ci ildə Azərbaycanın xalq artisti fəxri adını alıb.

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

0
18