I və IV qruplara keçirilən imtahanların nəticələri açıqlandı

I və IV qruplara keçirilən imtahanların nəticələri açıqlandı

25 nəfərin nəticələri ləğv edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 24-də saat 16:24-dən etibarən açıqlayıb. 

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

0
18