Babayev: “Metsamor” AES region üçün ciddi təhlükədir

Babayev: “Metsamor” AES region üçün ciddi təhlükədir

“Ekoloji fəlakətdən qaçmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Ermənistanda yerləşən “Metsamor” AES yalnız yerli sakinlər üçün deyil, eləcə də bütün region, o cümlədən Gürcüstan üçün də təhlükəlidir.

Oxu.Az Novosti-Qruziyaya istinadən xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev belə hesab edir.

Məlumata görə, konqres “Metsamor” AES-nin vəziyyətinin tam öyrənilməsini tələb edən bir sıra beynəlxalq təşkilatların tələbinə qoşulur.

“Bu gün AES bütün region üçün təhlükə doğurur. Bizim Çernobılda partlayış nümunəmiz var, həmin partlayış nəticəsində bir neçə yüz km radiusda əhaliyə zərər dəyib.

Atom stansiyasının zədələnməsinə dair ciddi təhdid mövcuddur və bu baş verdiyi halda isə nəticələr Ukraynada olduğundan daha ağır olacaq. Ona görə də ekoloji fəlakətdən qaçınmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”, - Babayev Tbilisidə birfinq zamanı jurnalistlərə bildirib.

Metsamor şəhəri yaxınlığında yerləşən (Yerevandan təxminən 30 km cənubda) Ermənistan AES, regionda yeganə stansiyadır. AES 1989-cu ildə istismara verilib və 1989-cu ilin martında işi dayandırılıb. Respublikada ciddi enerji böhranı ilə əlaqədar 1995-ci ildə yenidən istismara verilib.

0
26