Bakıda 40 otaqlı villa kirayə verilir – FOTO

Bakıda 40 otaqlı villa kirayə verilir – FOTO

Binanın hər mərtəbəsində 10 otaq var.

Bakıda ayı 15 000 manata 40 otaqlı villa kirayə verilir.

Oxu.Az xəbər verir ki, bu barədə elan Bina.Az saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, 40 otaqlı “iqamətgah” Badamdar qəsəbəsində yerləşir. 

“Villa 4 mərtəbədən, 40 otaqdan, 8 sanuzeldən (hamam-tualet), 4 mətbəxdən, 4 dəhlizdən ibarətdir”. 

Hər mərtəbəsində 10 otağı olan villanın 14 sot torpaq sahəsi var.

Ayı 15 000 manata villanı kirayə verən agentlik qeyd edir ki, mənzildə komfortlu yaşayış üçün bütün şarait yaradılıb.

Elvin Əhmədov

0
21