Bakıda evi yardılar: Külli miqdarda pul və qızıl oğurlanıb

Bakıda evi yardılar: Külli miqdarda pul və qızıl oğurlanıb

Evə pəncərədən keçiblər.

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Oxu.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun D. Bünyadzadə küçəsi ev 178 ünvanında qeydə alınıb. 

Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Əjdər Alxas oğlu Rəhimovun evindən açıq pəncərədən keçməklə 20 min manat və 15 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

0
22