Kadırov: Rusiya ilə zarafat etmək olmaz

Kadırov: Rusiya ilə zarafat etmək olmaz

“Bizim ən təhlükəli şər ilə mübarizə təcrübəmiz var”.

Rusiya istənilən terror təhlükəsinə cavab verə biləcək, lakin quldur planları hazırlayanlar onları həyata keçirmək istəməsələr yaxşıdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.

O, bu gün Qroznıda Təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 7-ci Beynəlxalq görüşünün açılışında bildirib.

“Vəziyyətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Rusiya ilə zarafat etmək və oynamaq olmaz. Bu mənasızdır. Bizim ən təhlükəli şər ilə mübarizə təcrübəmiz var və istənilən təhdidə cavab verə bilərik”, - deyə, Kadırov bildirib.

Qeyd edək ki, Qroznıda keçirilən görüşə 60-dan çox dövlətin Təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçiləri, xüsusi xidmət orqanlarının rəhbərləri gəliblər.

Azərbaycan nümayəndə heyətinə ölkəmizin Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev rəhbərlik edir.

0
20