Azərbaycanlı model gözəllik yarışmasında 3-cü oldu – FOTO

Azərbaycanlı model gözəllik yarışmasında 3-cü oldu – FOTO

18 yaşlı macar qız isə birinci seçildi.

Türkiyənin Antalya şəhərində “Miss Eurasia 2016” gözəllik yarışmasının finalı keçirilib.

Oxu.Az xəbər verir ki, müsabiqəyə qatılan 37 gözəl, final gecəsində ilk olaraq ölkələrinin milli geyimləri ilə podiumda yer alıb. Daha sonra modellər  bikini və digər geyimlərlə addımlayıblar.

Münsiflər heyətinin səsverməsi nəticəsində birinci yerə 18 yaşlı Macarıstan nümayəndəsi Liza Mihaeyfi layiq görülüb.

Rusiya təmsilçisi Eleonora Miasnikova ikinci, Azərbaycan nümayəndəsi Oksana Rzayeva üçüncü olub.

Xatırladaq ki, Oksana Rzayeva “Miss Photo Model Azerbaijan 2012”nin qalibi olub. Riqada keçirilən “Miss Top of the World 2013” beynəlxalq model müsabiqəsində 2-ci yeri tutub.

“Miss Globe International 2014”də isə müsabiqənin milli seçim turunun birincisi olan və sonradan yarışmadan uzaqlaşdırılan Banu Sücaini model Oksana Rzayeva əvəz edib. 2014-cü ildə “Baku Crystal Hall”da baş tutan “Miss Globe International” müsabiqəsinin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Azərbaycan nümayəndəsi O.Rzayeva isə dördüncü yerdə qərarlaşıb.

Aytən Sadıqzadə

0
99