Yıldırım Türkiyənin yeni hökumətinin siyahısını Ərdoğana təqdim etdi

Yıldırım Türkiyənin yeni hökumətinin siyahısını Ərdoğana təqdim etdi

Dövlət başçısının kabinet tərkibini praktiki olaraq dərhal təsdiqləyəcəyi gözlənilir.

Türkiyənin iqtidar partiyası Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Binəli Yıldırım Türkiyənin yeni hökumətinin tərkibinin siyahısını təqdim etmək üçün prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Oxu.Az TRT telekanalına istinadən xəbər verir ki, dövlət başçısının kabinet tərkibini praktiki olaraq dərhal təsdiqləyəcəyi və Yıldırımın bu siyahını açıqlayacağı gözlənilir.

Bundan sonra AKP rəhbəri rəsmən baş nazir vəzifəsini tutacaq. Daha sonra bu statusda ilk dəfə öz partiyası adından Parlament deputatları qarşısında çıxış edəcək.

Yıldırım mayın 22-də AKP sədri seçilib, həmin gün Ərdoğan ona respublikanın 65-ci hökumətini formalaşdırmağı tapşırıb.

Baş nazirin kabinet üzvlərinin siyahısını parlamentə təqdim etməyə və proqramı səsləndirmək üçün beş gün vaxtı var. Daha sonra məclis ölkənin yeni rəhbərliyinə etimad məsələsi üzrə səs verəcək.

0
19