Yasamalda Allahın evindən oğurluq etdilər

Yasamalda Allahın evindən oğurluq etdilər

Polis axtarışlara başladı.

Bakıda məsciddən oğurluq edilib.

Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Salatın Əsgərova küçəsi 75 ünvanında fəaliyyət göstərən Hacı Sultanəli məscidində qeydə alınıb.

Məscidə ibadətə gələn Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abbaslı Kamran İlkin oğlunun içərisində mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri olan çantası oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
22