Bakıda “V1 Challenge 2016” çempionatı keçiriləcək

Bakıda “V1 Challenge 2016” çempionatı keçiriləcək

Çempionatda 12 yerli pilot iştirak edəcək.

Mayın 29-da Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Avtomobil Federasiyasından Oxu.Az-a verilən məlumata görə, federasiyanın təşkilatçılığı ilə keçirilən yarış Bakı Olimpiya Stadionu yaxınlığında, Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.

Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq. Göstərilən nəticələrə uyğun olaraq idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. İlk üç yerin sahibi mükafatlandırılacaq. 

Xatırladaq ki, 2014-cü il oktyabrın 11-də Azərbaycanda “V1 Challenge” yarışının təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib.

Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, ikinci yerin sahibi almaniyalı Harald Müller, üçüncü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 000 tamaşaçı canlı izləyib. 

0
28