Rusiyada azərbaycanlının 2,5 milyon dollarını oğurladılar

Rusiyada azərbaycanlının 2,5 milyon dollarını oğurladılar

Yol qəzası qurma olub.

Sankt-Peterburqun şəhər məhkəməsi, Olimpiadadan öncə Soçidə elektrik şəbəkələrinin inşaatı barədə müqavilə imzalayan şirkətin rəhbərini qaçırmaqda və bir sıra quldurluq cinayətlərinin törədilməsində ittiham edilən yerli sakin Aleksandr Qromova dair hökm çıxarıb.

Müttəhim təqsirkar bilinərək azadlığının il yarım məhdudlaşdırılması ilə 6 il həbs cəzasına məhkum olunub. O, cəzasını ciddi rejimli islah əmək düşərgəsində çəkəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.

İşin materiallarına görə, birinci cinayət 2012-ci ilin noyabr ayında Şafirovski prospektində törədilib.

10 milyon rublun daşındığı “Renault Sandero” avtomobilinin iştirakı ilə törədilən yol qəzası qurma olub. Hadisədən sonra avtomobilin ön şüşəsini qırıb, pulları oğurlayıblar.

2013-cü ilin sentyabrında cinayətkar qrup “Pulkovo-2” terminalı qarşısında valyuta daşıyıcısına hücum ediblər. Silahlı cinayətkarların olduğu mikroavtobus girişin qarşısında dayanıb, daha sonra isə cinayətkarlar hüquq-mühafizə orqanı əməkdaşlarının əməliyyatı imitasiya edilib.

2,5 milyon dollar gətirən Azərbaycan vətəndaşını çanta ilə bərabər avtobusa oturublar və Peterburq ətrafında yerləşən Şuşarı qəsəbəsinə aparıblar, orada pulunu əlindən alıb avtobusdan düşürüblər.

2014-cü ilin iyul ayında praktiki olaraq eyni sxem üzrə valyuta daşıyıcısına daha bir hücum həyata keçirilib. Bu dəfə cinayətkarların ələ keçirdikləri qənimət 1,5 milyon dollar olub.

Nəticədə Peterburq şəhər məhkəməsi Aleksadr Qromovu təqsirkar bilərək azadlığın il yarım məhdudlaşdırılması ilə 6 il həbs cəzasına məhkum edib. O, cəzasını ciddi rejimli islah əmək düşərgəsində çəkəcək.

0
17