Bakıda fanatlar “Tribunadan səngərə” şüarı ilə aksiya keçirib - YENİLƏNİB

Bakıda fanatlar “Tribunadan səngərə” şüarı ilə aksiya keçirib - YENİLƏNİB

Bu gün metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib.Məlumata görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər xiyabanına üz tutublar.

0
82