Azərbaycanlı alimlərdən dünyanı dəyişə biləcək ixtira – VİDEO

Azərbaycanlı alimlərdən dünyanı dəyişə biləcək ixtira – VİDEO

Qaza şətri olaraq “Hidroqaz” adı verilib.

Alimlərimiz yeni ixtiraya imza atıblar. 

Oxu.Az “Xəzər Xəbər“ə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan, yanacaq qazı alan qurğu icad edib. 

Üstəlik bu qurğu vasitəsi ilə alınan qaz məişətdə istifadə etdiyimiz metan qazından bir çox parametrlərinə görə üstündür.

Azərbaycan alimləri yanacaq qazı istehsal edənilə yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. 

Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.

Prosesə uyğun alınmış qaza şətri olaraq “Hidroqaz” adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan “Metan” qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımından da daha təmizdir.

Məsələn , “Metan” qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda , "Hidroqaz"la bu proses rahatlıqla həyata keçirilir.

0
49