Yaponiyada anomal istilər: yüzlərlə insan xəstəxanalarda

Yaponiyada anomal istilər: yüzlərlə insan xəstəxanalarda

Yaponiyada mayın 16-dan 22-dək davam edən anomal istilər nəticəsində 688 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, son ay ərzində ölkədə 1 700 nəfər istidən zərər çəkib, 1 nəfər ölüb.

Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.



Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağı proqnozlaşdıran  yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər.

"El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

0
22