Mirça Luçesku “Zenit”-lə müqavilə imzaladı

Mirça Luçesku “Zenit”-lə  müqavilə imzaladı

Məşhur futbol məşqçisi  Mirça Luçesku Sankt-Peterburqun “Zenit” klubu ilə müqavilə imzalayıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, o, bu vəzifədə portuqlaiyalı Andre Villaş-Boaşı əvəzləyəcək.

71 yaşlı rumıniyalı mütəxəssis bir il uzadılması mümkünlüyü ilə 2 illik müqaviləyə imza atıb. Müqavilənin başqa detalları hələ ki, açıqlanmır.

Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş”, son 12 ildə isə “Şaxtyor” (Donetsk) klubunda uğurla çalışıb.

0
26