Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi yüzlərlə itki verib

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi yüzlərlə itki verib

"Erməni tərəfinin itkiləri qat-qat artıqdır".

Qarabağda qarşıdurma zamanı erməni tərəfində 200-dən çox ölən və 500-dən çox yaralanan olub.

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib.

"Hələ dünən erməni tərəfi 29-nin öldüyünü demişdi, bu gün isə bu rəqəm 50-dir. Həqiqətdə isə erməni tərəfinin itkiləri qat-qat çoxdur. Ölən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur", - V.Dərgahlı deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatların gedişatında erməni tərəfində yaralananların sayı 500-dən artıqdır.

Daha öncə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən 31 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.

Mənbə:
0
21