Odessada binada partlayış: 2 ölü

Odessada binada partlayış: 2 ölü

Ukraynanın Odessa şəhərində beş mərtəbəli  yaşayış binasında partlayış baş verib.

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb.

Həmçinin, 6 yaşlı qızın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin versiyaya əsasən, partlayışa səbəb məişət qazı olub.

Hazırda hadisə yerində xilasedicilər və Odessanın kommunal xidmət təşkilatlarının əməkdaşları işləyir.

0
16