Arda Turan: "Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir"

Arda Turan: "Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir"

"Barselona"nın futbolçusu Arda Turan komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu daha 4 il "Barselona"da qalacağını deyib:

"Barselona" ilə daha 4 illik müqaviləm var. Mən bu komandada uzun vədəli layihənin tərkib hissəsiyəm. Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir. Həyatım boyu pulu, karyeranı deyil, gənclərə örnək olmağı seçən bir insanam. Vaxtı gəldikdə milli komandadan da ayrılacağam. Siz mənə güvənin. Bilirsiniz ki, meydandakı problemləri həll edə bilirəm. Günün sonunda xatırlanacaq tək şey mənim "Barselona"da oynadığım gerçəyi, qazandığım kuboklar və əldə edəcəyim uğurlar olacaq".

Qeyd edək ki, Arda Turan ötən yay "Atletiko"dan "Barselona"dan transfer olunub.

0
32