ABŞ-da təyyarə qəzası: 5 ölü

ABŞ-da təyyarə qəzası: 5 ölü

ABŞ-ın Havay ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Kauayi adasında qeydə alınıb.

Təyyarə Port-Allen aeroportundan havaya qalxandan bir qədər sonra yerə düşüb. Nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada ölüb. Onların paraşütçü və təlimatçılar olduğu bildirilir.

Hadisə ilə əlaqədar  ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli idarəsi araşdırma aparır.

0
30