ABŞ-da terror həyəcanı: 12 məktəb bağlandı

ABŞ-da terror həyəcanı: 12 məktəb bağlandı

ABŞ-da partlayış təhlükəsi ilə əlaqədar 10-dən çox məktəb bağlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  Kolorado, Ayova, Montana və Konnektikut ştatlarında 9 təhsil ocağının şagird və müəllimləri təxliyə olunub.

Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarında yerləşən daha 3 məktəb bağlanıb, ərazi polis tərəfindən əhatəyə alınıb.

Partlayış təhdidi ilə bağlı məlumatların mənbəyi hələ ki, müəyyən edilməyib. İlkin məlumata görə, təhlükə kəsb edən məlumat telefon vasitəsi ilə yayılıb.

0
27