Nəcməddin Sadıqov Ermənistan SQ-nin Baş Qərargah rəisi ilə görüşdü

Nəcməddin Sadıqov Ermənistan SQ-nin Baş Qərargah rəisi ilə görüşdü

Razılıq əldə olunub.

Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.

Mənbə:
0
15