Rusiya XİN: Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edir

Rusiya XİN: Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edir

“İki ölkə arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir”.

Azərbaycan regionda Rusiya üçün olduqca əhəmiyyətli oyunçudur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə mayın 23-də Rusiya-Azərbaycan işgüzar Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Trofimov deyib.

O qeyd edib ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir.

“Bu tərəfdaşlıq müxtəlif sahələrdə qurulur. Azərbaycan bu regionda əsas oyunçulardan biridir. Azərbaycan bizim üçün Cənubi Qafqazda öz strateqiyamızı qurmaqda və Xəzər dənizində balanslaşdırılmış siyasət baxımından çox böyük əhəmiyyət kəsb edir”, - XİN rəsmisi deyib. 

Trofimov əlavə edib ki, Rusiya həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində fəal iştirak edir.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir, lakin ötən il ticarət dövriyyəsi bir qədər aşağı düşüb, bu da inkişaf dinamikasına uyğun gəlmir.

“İş Şurasının yaradılması - iqtisadi və ticarət tərəfdaşlığın dinamikasını artıracaq həmin o çoxdan gözlənilən alətdir”, - Trofimov deyib.

0
36