Britaniyanın baş naziri həyat yoldaşına 2 180 dollara avtomobil alıb

Britaniyanın baş naziri həyat yoldaşına 2 180 dollara avtomobil alıb

Britaniyanın baş naziri Devid Kemeron həyat yoldaşı Samanta üçün 1495 funt sterlinqə (təxminən 2180 dollara) 2004-cü il istehsalı, istifadədə olmuş «Nissan Micra» avtomobili alıb.

Virtualaz.org «The Guardian» nəşrinə istinadən xəbər verir ki, Oksfordşir qraflığında yerləşən istifadədə olmuş avtomobillərin satışı ilə məşğul olan salonun sahibi İan Harrisin sözlərinə görə, baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları ona zəng edəndə, elə bilib ki, dostları onunla zarafat edir.

Sonradan baş nazir özü maşına baxmağa gəlib. Salonun sahibi ona qiymətdə güzəştə getməyib. «20 min funta maşın alsaydı, güzəşt edərdim», - Harris belə deyib.

Britaniya KİV xəbər verir ki, Kemeron daha çox zirehli, xidməti «Jaguar» avtomobilindən istifadə edir. Asudə vaxtlarında isə şəxsi «Honda CR-V» avtomobilini sürür.

0
32