Hillari Klinton Donald Trampı 3% qabaqlayır - Sorğu

Hillari Klinton Donald Trampı 3% qabaqlayır - Sorğu

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı cəmi 3% qabaqlayır.

APA-nın məlumatına görə, bu, NBC telekanalı və “The Wall Street Journal” qəzetinin keçirdiyi rəy sorğusunda bəlli olub.

Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 43%-i dəstəkləməyə hazırdır.

“The Wall Street Journal” yazır ki, H.Klintonun üstünlüyü aprel ayı ilə müqayisədə kəskin azalıb. O zaman sabiq dövlət katibi D.Trampı 11% qabaqlayırdı.

0
25