Binali Yıldırım Əhməd Davudoğlu ilə görüşdü

Binali Yıldırım Əhməd Davudoğlu ilə görüşdü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, görüş təxminən saat yarım davam edib.

Baş nazirlik qaynaqlarından alınan məlumata görə, görüş zamanı təhvil-təslimdən öncə hökumətin ümumi işi və davam edən proseslər üzərində məsləhətləşmələr aparılıb.

Görüşün ardından Binali Yıldırım AKP-nın baş qərargahına yollanıb.

0
20