Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov propektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

0
27