Kraliça İlham Əliyevi təbrik etdi

Kraliça İlham Əliyevi təbrik etdi

“Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktuba deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

0
22