MN: Azad olunan torpaqlara Azərbaycan Ordusu nəzarət edir

MN: Azad olunan torpaqlara Azərbaycan Ordusu nəzarət edir

"Ərazilərdə mövqelərin möhkəmləndirilməsi tədbirləri həyata keçirilir".

Xarici KİV-lərdə, o cümlədən erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı qeyd edib ki, əldə edilən bütün mövqelər üzərində Azərbaycan Ordusu nəzarət edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövqelərin möhkəmləndirilməsi tədbirləri həyata keçirilir.

Mənbə:
0
18